Dünyadan

Bu dəfə Levandovski dirəkdən döndü – VİDEO

DÇ-2018 seçmə mərhələsi çərçivəsində E qrupunda keçirilən Rumıniya – Polşa matçında qorxulu anlar yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, səfər komandasının ulduz futbolçusu Levandovski çətin vəziyyətə düşüb. Polşalılar hesabda 0-1 önə keçdikdən sonra ev sahibi komandanın azarkeşləri meydana yandırıcı maddələr atmağa başlayıb. Həmin maddələrdən birinin Levandovskinin qarşısında partlamasından sonra futbolçu uzun müddət özünə gələ bilməyib.

Daha sonra ayağa qalxa bilən polşalı forvard oyunun geri qalan dəqiqələrində 2 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, görüş Polşanın 0-3 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43