Dünyadan

Mourinyo 166 gün sonra axtardığını tapdı

“Mançester Yunayted”in portuqaliyalı çalışdırıcısı Joze Mourinyonun “5 ulduzlu problemi” həll olub.

İdmanxeber.com-un məlumatına görə, hər açıqlamasında hələ də oteldə qaldığını söyləyən Mourinyo, Mançester şəhərinin ən hündür binasında özünə ev ala bilib. Təxminən 5 aydır ki, oteldə yaşayan Mourinyo bu cür həyatın çətin olduğunu bildirirdi. Artıq 47 mərtəbəli göydələndə özünə ev alan portuqaliyalı əsas problemini beləliklə həll etmiş oldu.

Mourinyo yeni aldığı evində yenə də tək yaşayacaq. Məlumata görə, oğlu və ailəsi hələ də Londonda yaşamağa davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43