Milli komanda

Conni Evans: “Qələbəyə layiq oyun sərgilədik”

“Qələbə sayəsində Azərbaycanı geridə qoyduq və ikinci pilləyə yüksəldik. Əlbəttə, çox sevinirik. Məncə, qələbəyə layiqli oyun sərgilədik”.

İdmaanxeber.com-un məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin üzvü Conni Evans deyib. 

Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində öz meydanında Azərbaycanı 4:0 hesabı ilə məğlub edib. Matçdan sonra yerli mətbuata açıqlama verən təcrübəliu futbolçu fikirlərini bildirib. Evans Azərbaycanı stantdart vəziyyətlərdə üstələdiklərini deyib:

“Düşünürəm ki, üstünlüyümüz standart vəziyyətlərdə idi. Qollarımızın bir neçəsini standart vəziyyətlərdən vurmağımız buna sübutdu. Ən vacib məqam isə ilk dəqiqələrdən güclü pressinq tətbiq edib, rəqibi təzyiq altında saxlamaq idi. Fikrimcə, bunun bizə xeyli köməyi dəydi”.

“Vest Bromviç”in futbolçusu qrupdakı son durum və qarşıdakı oyunları haqda da danışıb: “Qrupda vəziyyət mürəkkəbləşib. Çexiya öz meydanında Norveçi, Almaniya isə səfərdə San Marinonu məğlub etdi. Həqiqətən də mürəkkəb durumdu, get-gedə qrupda vəziyyət qızışır. Artıq Azərbaycanla oyunu unudub, qarşıdakı çətin oyunlarımıza hazırlaşmalıyıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43