“Qarabağ”da sonuncu mövsümünü keçirən Riçard Almeyda Azərbaycan Premeyr Liqasının son turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” matçı sonrası jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com millimizin üzvünün müsahibəsini təqdim edir
– “Qarabağ”dan ayrılacağın dəqiqdi?
– Tək futbolda yox, hər sahədə bir dönəm bitir, digəri başlayır. Komandama təşəkkür edirəm. Bu əlvida deyil, hələlikdi. Heç kim sbaah nə olacağını bilmir.
– “Fiorentina” ilə müqavilə bağlayacağın deyilir…
– Xeyr, belə bir şey yoxdu.
– Hansı ölkələrdən təklif almısan?
– Müqavilə bağlayanda görəcəksiniz.
– “Qarabağ”dan ayrılmağına əsas səbəb nə idi?
– Futbol oynayanda bzən nələrisə dəyişmək istəyirsən. Bu bütün komandalarda belədi. Gedişim maddiyatla bağlı deyil.