İdman

Bu klub rekord qırdı: 3 ilə 25 məşqçi

Misir çempionatında çıxış edən “Zamalek” kollektivi qeyri-adi rekordla gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, klub son 3 il yarımda 25-ci baş məşqçi dəyişikliyini reallaşdırıb. 2014-cü ildə klub prezidenti təyin olunan Mortada Monsur baş məşqçiləri “əlcək” kimi dəyişməkdə davam edir. 

Qeyd edək ki, sözügedən klubun bu gün “Əl Əhli” komandası ilə görüşü baş tutacaq. “Zamalek” məğlub olacağı təqdirdə hazırkı baş məşqçi Ehab Qalalın da göndərilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43