İdman

“Kəpəz” məşqlərə başladı

“Kəpəz”də qış fasiləsi başa çatıb. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” yanvarın 7-də Bakıda məşqlərə start verib.

Yanvarın  4-ü və 5-i tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. 

Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların çalışmalara qatılmasına müsbət rəy verilib.

Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43