İdman

Koutinyonun forma nömrəsi bilindi: Arda Turanı sayan olmadı

Rekord məbləğ qarşılığında (160 milyon avro) “Liverpul”u “Barselona”ya dəyişən Filip Koutinyonun yeni klubundakı forma nömrəsi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu “Barsa”nın heyətində 7 nömrəli forma ilə çıxış edəcək. Maraqlısı isə ondadı ki, sözügedən rəqəm ispan təmsilçisinin hazırkı futbolçusu Arda Turana məxsusdu. Türkiyəli oyunçunun “Barselona”dan ayrılacağı gündəm olsa da, bu hadisədən sonra gedəcəyinə şübhə qalmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43