Dünya futbolu

“Bu, “Mançester Yunayted” üçün “böyük razılaşma” olacaq”

“Atletiko” Madridin və Fransa millisinin futbolçusu Antuan Qrizmannın bu yay “Mançester Yunayted”ə keçəcəyi gözlənilir.

Bu barədə Fransa millisinin sabiq çalışdırıcısı Emanuel Petit danışıb:

“Düşünürəm ki, Qrizmann “Mançester Yunayted”də karyerasını davam etdirəcək. Milli komandada Pol Poqba ilə mükəmməl oyun göstərirlər. Onlar həmçinin dostdur. O, komandaya qol, assist və qalibiyyət gətirən futbolçudur. Hər il əvvəlkinə nisbətən, daha yaxşı oyun sərgiləyir. Hesab edirəm ki, bu, “qırmızı şeytanlar” üçün “böyük razılaşma” olacaq”.

Qeyd edək ki, Qrizmann 2014-cü ildə “Atletiko”ya “Real Sosyedad”dan keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43