08 Sentyabr 2024
Ölkə futbolu

“Bu səbəbdən yerli hücumçular it-bat olur” – Amil Yunanov

“Mövsümün ilk dövrəsində çox oynaya bilmədim. Bu, baş məşqçinin qərarı idi. Mənim üçün xoş hal deyildi.  Bu barədə çox danışmaq istəmirəm. Amma onu deyim ki, heyətdə heç kimdən zəif deyildim”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”in hücumçusu Amil Yunanov deyib. Rəsmi açıqlanmasa da mövsümün ikinci yarısını icarə əsasında “Kəpəz”də keçirəcək futbolçu daha sonra belə davam edib:

Kəpəz”in Premyer Liqada qalacağına əminəm. Bunun üçün əlimdən gələni edəcəm. Gəncə futbol şəhəridir, burada bu oyunu çox sevirlər. Hazırkı mövqe “Kəpəz”ə yaraşan yer deyil. Məşqlərdə əlimdən gələni edib əsas heyət üzvünə çevrilmək istəyirəm. Komandaya kömək etmək üçün gəlmişəm”.

Yunanov bu yaxınlarda Rauf Əliyevin “Azərbaycanda Premyer Liqa səviyyəsində yerli hücumçu yoxdur” deməsinə belə münasibət bildirib:

Ölkədə yaxşı yerli hücumçular var. Sadəcə, klublarımız forvard mövqeyinə çox pul xərcləyib legionerləri gətirir. Zəif oynasalar belə yenə onlara şans verilir. Bu səbəbdən yerli hücumçular it-bat olur, gözdən itir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43