Dünyadan

Bu transfer futbol tarixinə düşdü

“Monako”nun futbolçusu Ceyms Rodriqesin “Real”a transferi ən bahalı 5-ci transfer kimi futbol tarixinə düşdü. 

İdmanxeber.com-un məlumatına görə, Kolumbiyalı futbolçunun keçidi Madrid klubuna 80 milyon avroya başa gəlib.

Rodriqes 2009-cu ildə 69 milyon avro müqabilində “İnter”i “Barselona”ya dəyişən Zlatan İbrahimoviçi qabaqlayıb.

İlk 4 pillədə isə aşağıdakı futbolçular qərarlaşıb:

1. Neymar (“Santos”dan “Barselona”ya)- 111,7 milyon avro

2. Kriştiano Ronaldo (“Mançester Yunayted”dən “Real”a)- 96 milyon avro

3. Qaret Beyl (“Tottenhem”dən “Real”a)- 91 milyon avro

4. Luis Suares (“Liverpul”dan “Barselona”ya)- 81 milyon avro.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43