Kateqoriyasız

“Qarabağ” – “Zalsburq” oyunun günü və başlanma vaxtı açıqlandı – RƏSMİ

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Zalsburq” matçının günü və başlanma saatı  məlum olub.

İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq oyun iyulun 30-unda, saat 20:30-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra Avstriyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43