Kateqoriyasız

“Qarabağ”ın prezidenti: “Mən futbolu o qədər də çox sevmirəm”

"Qarabağ"ın prezidenti Abdulbari Gözəl Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun başqanı komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:

"Əslində, mən futbolu o qədər də çox sevmirəm. Amma bir dəfə Heydər Əliyev mənə klublardan birinə rəhbərlik edib, onu qaldırmağı dedi. Hədəfimiz klubu dünya səviyyəsinə qaldırmaq, tanıtmaqdı. Əlbəttə, komandanın oyunu məni həyacanlandırır. Yaxşı məşqçimiz var. O, öz kollektivinə güvənir. Biz hər şeyi düzgün etməyə çalışırıq. Bütün dünyaya göstərmək istəyirik ki, Qarabağ əslində kimindi. Yaxşı klub yaratmışıq. Tezliklə "Qarabağ"ın bazasında beş ulduzlu otel də istifadəyə veriləcək və siz də gəlib həmin yeri görərsiniz".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43