Kateqoriyasız

“Bu vəziyyətə özümüz düşmüşük” – Bəhlul Mustafazadə

Azərbaycan Premyer Liqasında IV turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə oyundan sonra müsahibə verib.

22 yaşlı müdafiəçi öncə oyunu şərh edib:

– Bu gün istəmədiyimiz nəticə oldu. Çalışırdıq ki, bu matçda qalib gələk. Üç xal istəyirdik, çünki qələbəmiz yox idi, ancaq belə alındı. Nə deyəcəyimi bilmirəm. Çalışacağıq ki, uğursuz seriyaya son qoyaq və gələn oyun mütləq qalib gələk. Futboldur, belə alındı. Qısa müddətdə toparlanıb, qələbə qazanmalıyıq.

– “Qəbələ”yə məğlubiyyətinizin əsas səbəbi nə oldu?
– Fikrimcə, ilk hissədəki epizodlarımızdan yararlansaydıq, rahatlaşardıq. Qol vurmadıqca özümüzü stresə saldıq. Mütləq qələbə qazanmaq istəyirdik. Qol vura bilmirdik, vaxt keçirdi və üzərimizdə təzyiq yaranırdı.

– Yetirmən olduğun kluba qarşı oynamaq sənin üçün xüsusi önəm daşıyırdı?
– Xüsusi bir şey yox idi, adi çempionat oyunu oldu. Əlimdən gələni etdim ki, komandama kömək edim.

– Oyundan sonra baş məşqçi futbolçularla söhbət etdi. Sizə irad bildirdi?
– Əlbəttə. Bu vəziyyətə özümüz düşmüşük və bunu düzəltməliyik. Ümid edirəm ki, qısa zamanda düzəldə biləcəyik.

– Məşhur türkiyəli agent Muzzi Özcan səninlə İngiltərə klublarının maraqlandığını bildirib. Belə bir məlumatın var?
– Mənim xəbərim yoxdur və kimsə nəsə deməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43