Premyer Liqa

Budaq Nəsirovsuz “Sportinq” məğlub oldu

Portuqaliya Sequndasında 27-ci tura start verilib.

Idmanxeber.com-un məlumatına görə, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası növbəti oyununu keçirib. Lissabon təmsilçisi evdə “Varzim”lə qarşılaşıb. Zədəli olan Budaqın iştirak ərizəsinə salınmadığı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.

27 turdan sonra hesabında 27 xal olan “Sportinq B” 22 komanda arasında 21-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43