Ölkə futbolu

Rəşad Sadıqovun komandasından növbəti qələbə

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.

İdmanxeber.com-un məlumatına görə, U-19 Liqasının XX turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Milli komandamızın kapitanı Rəşad Sadıqovun çalışdırdığı “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Ağdam təmsilçisi 20 turdan sonra 53 xalla turnir cədvəlinin lideridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43