Dünya futbolu

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisinin yeni klubu müəyyənləşdi

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri məlum olub.

İdmanxeber.com-un məlumatına görə, 67 yaşlı mütəxəssis Türkiyə I Liqasında mübarizə aparan “Əskişəhərspor”u çalışdıracaq.

Təcrübəli çalışdırıcı istefaya göndərilən Alpay Özalanı əvəzləyəcək. Qeyd edək ki, “Əskişəhərspor” 20 turdan sonra 35 xalla 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, 2013-14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırmış türkiyəli mütəxəssisin məşqçi kimi sonuncu komandası “Qalatasaray” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43