Dünya futbolu

Bundesliqanın bərpa tarixi açıqlandı

Almaniya Futbol Liqası (DFL) videokonfransda koronavirusa görə dayandırılan Bundesliqanın mayın 16-da bərpa ediləcəyinə qərar verib.

Mövsümün iyunun 30-da başa çatdırılması planlaşdırılır.

Yarışa “Rur” derbisi ilə davam etdiriləcək. Dortmund “Borussiya”sı evdə “Şalke”ni qəbul edəcək. Qarşılaşma mayın 16-da keçiriləcək.

Bundesliqanın bütün oyunları azarkeşsiz baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43