Milli komanda

“Bunu bacaracağımıza heç şübhə də etmirdim” – millimizin baş məşqçisi

“Çox istəkli idik. Qol buraxdıqdan sonra da uşaqlara ruhdan düşməməyi, heç nəyin bitmədiyini, sona qədər oynamağın vacib olduğunu bildirdim. Uşaqlar da özlərinə inanırdılar. Nəticədə qələbə topunu vurduq. Bunu bacaracağımıza heç şübhə də etmirdim”.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avro-2021-in seçmə mərhələsində evdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, birinci hissədə daha yaxşı oynadıqlarını bildirib: “İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini gözləyirdik. Fərid Nəbiyevin əvəzlənməsi zədə ilə deyil, taktiki dəyişikliklə bağlı idi. Onun hazırda yaxşı formada olduğunu qeyd edə bilərəm. Unutmayaq ki, bizim 4 gündən sonra daha bir rəsmi görüşümüz var. Əlbəttə, Gürcüstanla oyuna qədər optimal formada olacağımıza inanıram. Adətən bu cür oyundan və qələbədən sonra növbəti qarşılaşmaya daha tez bərpa olursan. Gürcüstan haqda tam məlumata sahibəm. Onların son 8 oyununu izləmişəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43