“Çox ağır bir qrafikdəyik. Hər oyundan sonra komandanı digər oyuna motivasiya eləmək çətin olur. Bu gün komandamda yorğunçuluq hiss elədim. Bunu da normal qəbul edirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcısı Mahir Emrelinin tam hazır olub-olmaması və Rəşad Sadıqovun bu gün niyə oynamaması ilə bağlı sualı belə cavablandırıb;
“Mahir hazırdı. Amma yüz faiz hazır deyil. Qarşıda bir neçə gün də var. Lüksemburqdakı oyuna hazır olub-olmamasını dəqiq biləcəyik. Rəşad Sadıqova gəlincə, onun temperaturu var idi. Ona görə bu gün meydana çıxa bilmədi”.
Qurbanov sonda “Dudelanj” səfərində 3 xal qazanmağa çalışacaqlarını bildirib;
“İlk növbədə komandanı bu görüşə hazırlamaqdı. Qalib gəlmək istəyirik. Buna rəqib nə qədər imkan yaradacaq, bilmirəm. Çalışacağıq ki, uğurlu nəticə qazanaq”.