Kateqoriyasız

Buzovnada baş tutan oyunda qalmaqal: Hakim öncə təhqir olundu, sonra döyüldü

AFFA İntizam Komitəsinin bugünkü iclasında Həvəskarlar Liqasında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

İdmanxeber.com-un məlumatına görə, Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” – “Qəbələ-2” matçı meydançının ot örtüyünün yararsız vəziyyətdə olması səbəbindən baş tutmamışdır. İntizam Komitəsinin qərarına əsasən oyun yenidən keçiriləcəkdir.

UGİM (Buzovna) – “Şəfəq” matçının 61-ci dəqiqəsində oyun dayandırılmışdır. Belə ki, “Şəfəq” klubunun 95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etmiş və “Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

– “Şəfəq” klubunun  95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etydiklərinə görə hər bir futbolçu 4 oyunluq cəzalanıb.

– Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43