Kateqoriyasız

“Simurq”un baş məşqçisinə sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti cilası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçında  qonaq klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Oyunun 35-ci dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Rövşən Babayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43