Dünya futbolu

Cəlal oynadı, komandası qalib gəldi

Bolqarıstanda ölkə çempionatın 8-ci turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə “Pirin”lə qarşılaşıb. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb. Hazırda 10 xalı olan “Arda” 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43