Ölkə futbolu

“Qarabağ” olduqca uyğun qrupa düşüb”

“Bu mərhələdə zəif rəqiblər olmur. Komandalar qrup mərhələsinə gəlib çatıbsa, demək ki, öz ölkələrinin iddialı klublarından biridir. “Qarabağ” olduqca uyğun qrupa düşüb. Hətta tam formasını bərpa etsə, qrudan çıxmaq uğrunda mübarizə aparar. Bunun üçün artıq “Qarabağ” daxili çempionatda da ötən illərki kimi tam gücü ilə mübarizə aparmalıdır. Əvvəlki mövsümlərdə olduğu kimi əsas heyyətin 70-80 faizi tam olaraq oynamalıdır”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Adil Şükürov “Qarabağ”ın UEFA Avropa Liqası qrup mərhələsindəki şanslarını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Yeni transfer Mateus Silva daha tez tam formasını bərpa etməli və qrup mərhələsində komandaya fayda verməlidir. Təsnifat mərhələsində Veşoviçin zədələnməsidən sonra sağ cinah müdafiə mövqeyində məcburiyyərdən Toral Bayramov oynayırdı. Tam olaraq gözlənilən effekti vermsə də, pis mübarizə aparmadı. Ümid edək ki, Mateusla bərabər həmin mövqeni daha yaxşı vəziyyətdə görəcəyik. “10” nömrə mövqeyində isə böyük çatışmazlıq var. Həmin mövqedə yoxlanılan futbolçuların heç biri istənilək effekti vermədi”.

Şükürov komandamızın qrupdakı rəqibləri barədə də danışıb. 46 yaşlı mütəxəssis Ağdam təmsilçisinin qrupda sona qədər mübarizə aparmalı olacağını bildirib:

“Bayer” barədə geniş danışmağa ehtiyac yoxdur. Alman komandaları həmişə öz yüksək disiplinli oyunları ilə fərqlənib. Bundesliqa öz səviyyəsinə görə bizim Premyer Liqa ilə ölçüləsi deyil. Orada oyunların surəti və keyfiyyəti də bizdən çox üstündü. Amma son illərin “Qarabağ”ı tam formasın bərpa etsə, daha yaxşı nəticələrə ümid etmək olar. Norveç liqası daha çox standart vəziyyətlərdə təhlükə yaratmaq, fiziki güc və mübarizə üzərində qurulmuş çempionatdı. “Qarabağ” “Molde”yə qalib gəlmək üçün “Bayer”lə görüşlərdən daha çox güc sərf edəcək. “Hakken” də iddiasını ortaya qoyacaq. Heç bir klub turnirdə zəif çıxış etmək niyyəti ilə qatılmır. Ümumiyyətlə, qrup mərhələsində komandalar hamısı təcrübəli və daha çox xal qazanaraq büdcəni formalaşdırmaq haqda fikirləşirlər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43