Dünya futbolu

“Qarabağ”ın rəqibində ayrılıq

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Norveç “Molde”si futbolçusu Ola Brunhildsenlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək. O,  “Midyulann” klubu ilə razılığa gəlib.

Daha əvvəl Sivert Mannsverki Niderland nəhəngi “Ayaks”a satılıb.

“Qarabağ” H qrupunda “Molde” ilə yanaşı, Almaniyanın “Bayer 04” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43