Ölkə futbolu

Canni De Byazi Arif Əsədova niyə təpik vurub?

Millimizin baş məşqçisi Canni De Byazi İsveç üzərində qazanılan qələbəni (3:0) maraqlı üsulla qeyd edib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis komamdamızın sonuncu qolunda köməkçi məşqçi Arif Əsədova təpik vurub. Canni De Byazi matçın ardından həmin anları belə xatırlayıb:

“Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43