İdman

“Cavab oyununda çox fərqli “Roma” izləyəcəksiniz” – Di Françesko

“İlk 20 dəqiqə yaxşı oynadıq. Sonra oyuna nəzarəti rəqibə verdik və çox asan toplar itirdik. Ancaq “Barselona” ilə matç haqda danışmağa davam etməməliyik. Əks təqdirdə, istədiyimizi əldə edə bilmərik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a 2:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, cavab matçında geridönüş edə biləcəklərini söyləyib: “Barselona” ilə ikinci görüşdən əvvəl şansımızın davam etdiyini demişdim. İndi də eyni şeyi söyləyirəm. Yenə geridönüş edə bilərik. Matçın bəzi bölümlərində komandam özünəinamı itirdi. Bu olmamalıdır”.

Di Françesko daha sonra deyib: “Cavab oyununda çox fərqli “Roma” izləyəcəksiniz. Bu görüşdə onların işini asanlaşdırdıq. Ancaq iki matç belə olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43