Kateqoriyasız

Cavid İmamverdiyev həmyerlilərimizin komandasına qol vurdu – VİDEO

Futbol üzrə Türkiyə I divizionunda V turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, ötən gün Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budaqın çıxış etdiyi “Qaziantepspor BB” öz meydanında digər azərbaycanlı futbolçu Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor”la üz-üzə gəlib. Matçın 38-ci dəqiqəsində Cavid İmamverdiyev komandasının cavab qoluna imza atıb. Görüş 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43