Dünyadan

“Çelsi” məşhur futbolçunu transfer etdi

“Çelsi” Aleksandr Patonun transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb. 

Müqaviləyə əsasən, braziliyalı hücumçu mövsümün sonuna kimi icarə əsasında “Çelsi”də çıxış edəcək.

Qeyd edək ki, Pato son olaraq “San Paulo”da icarə əsasında çıxış edib. O, sözügedən klubda oynadığı 59 matçda 29 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43