Dünyadan

“Çelsi”dən “Napoli”yə 50 milyonluq təklif

"Çelsi" komandası baş məşqçi Kontenin göstərişi ilə gənc futbolçulara yönəlməyə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi "Napoli"nin 19 yaşlı futbolçusu Amadu Diavara üçün italyanlara təklif göndərib. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Qvineya əsilli gənc futbolçunun qış transfer pəncərəsində 50 milyon avro qarşılığında İngiltərəyə yollanacağı bildirilir.

Qeyd edək ki, Diavara 14 milyon 500 min avro qarşılığında "Bolonya"dan "Napoli"yə transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43