Premyer Liqa

“Qarabağ”ın futbolçusu yığmada oynamaqdan imtina edib

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, bundan sonra millidə oynamayacağını bəyan edib:

“Xoşbəxt deyiləm. Millidə oynamağa özümü həmişə hazır hiss etmişəm. Artıq hamı bilsin ki, yığmada oynamayacam. Komandanı nə qədər ki, Efraim Maşaba çalışdırır, mən ora gəlməyəcəm. Avropada uğurlu çıxış edən cənubi afrikalı futbolçlardan biri də mənəm. Amma məşqçi bunu görmür. Niyə? Onun məşqlərinə heç vaxt çıxmaram. Milliyə çağırsa da, getməyəcəm.  Onun mənimlə problemi var. Yığmada ondan çox futbolçu narazıdır”.

Xatırladaq ki, Dino Ndlovu Cənubi Afrika millisi ilə 4 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43