Kateqoriyasız

Çempionlar Liqası: Yarımfinalda üz-üzə gələcək komandalar bəlli oldu

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Yarımfinala adlayan klubların ikisi İspaniya, biri Almaniya və biri də İngiltərə klublarıdı.

Bu mərhələnin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.

Yarımfinalçılar: "Atletiko" (Madrid, İspaniya), "Real" (Madrid, İspaniya), "Bavariya" (Almaniya) və "Çelsi" (İngiltərə).

Yarımfinal cütlükləri:





"Real" (Madrid, İspaniya) – "Bavariya" (Almaniya)



"Çelsi" (İngiltərə) – "Atletiko" (Madrid, İspaniya) 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43