İdman

Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb. Misirli futbolçu səslərin 92 faizini toplayıb.

“Real”ın müdafiəçisi Marselo isə 8 faiz səs yığıb.

Qeyd edək ki, Salah yarımfinalın “Roma” ilə ilk matçında (5:2) 2 qol, 2 məhsuldar ötürmə və gözəl oyunu ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43