İdman

Hidayət yenə üzləri güldürdü

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Heydərov ardıcıl olaraq, ukraynalı Dmitri Kanivetsi vazaari ilə, isveçrəli Nils Stamp və kosovolu Akil Qyakovanı ipponla yenib. Heydərovun yarımfinaldakı rəqibi belaruslu Vadim Şoka olacaq.

Eyni çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov isə yarışa moldovalı İon Naku üzərində qələbə ilə başlasa da, 1/8 finalda ukraynalı Artem Xomulaya uduzaraq mübarizəni dayandırıb. 

Avropa çempionatı

27 aprel

73 kq

1/8 final. Rüstəm Orucov – Artem Xomula (Ukrayna)

1/16 final. Rüstəm Orucov – İon Naku (Moldova)

1/4 final. Hidayət Heydərov – Akil Qyakova (Kosova)

1/8 final. Hidayət Heydərov – Nils Stamp (İsveçrə)

1/16 final. Hidayət Heydərov – Dmitri Kanivets (Ukrayna)
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 3 kişi və 6 qadın cüdoçusundan heç biri mükafatçılar sırasına düşə bilməyib. 66 kq çəki dərəcəsində Orxan Səfərov 5-ci, Nicat Şıxəlizadə 7-ci yeri tutub. Yığmanın qalan üzvləri ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43