İdman

“Əlincə” FK-nun rəhbərliyi və bizim məqsədimiz, Azərbaycan futboluna istedadlı futbolçular bəxş etməkdir” – VİDEO

AFFA-nın aşağı yaş qruplarından ibarət keçirdiyi çempionatın U-11 liqasında finala vəsiqə qazanmış “Əlincə” komandasının bazasını ziyarət etdik. 

İdmanxeber.com-un məlumatına görə, burada, komandanın məşqini yaxından izlədikdən sonra, azyaşlı futbolçular və baş məşqçi İlkin Hacıyevin fikirlərini öyrəndik. O, ilk olaraq komandanın son durumu və çempionat haqda danışıb:

“İlk öncə onu qeyd edə bilərəm ki, Azərbaycan çempionatında iki il ard-arda final mərhələsinə vəsiqə əldə etmişik. Ötən mövsüm komanda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bu mövsümd də finala vəsiqə əldə etdilər. Bu da onun göstəricisidir ki, klub düzgün yoldadır. Uşaq futbolunda meydanı yalnız, qələbə ilə tərk etməliyik deyə düşünmək yalnışlıq olar. Sadəcə olaraq, qalib gəlmək onlara stimul verir və gələcək uğurları üçün böyük tövhədir. “Əlincə” futbol klubunun rəhbərliyi və bizim əsas məqsədimiz, Azərbaycan futboluna istedadlı futbolçular bəxş etməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43