Bu gün Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər:
“Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (Turin, İtaliya), “Atletiko” (Madrid, İspaniya).