Kateqoriyasız

“Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun” – Əmrah Çəlikəl

“Qarabağ”ın baş direktoru Emrah Çəlikəl UEFA Avropa Liqasının qrup mərhələsində “Sivasspor”la rəqib olmaları barədə Türkiyə mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “Roadyo Gol”a danışan Çəlikəl, matçla bağlı bunları deyib:

“Sivasspor”la rəqib olmağımız bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Baş verən hadisələr səbəbindən belə bir oyun bizim üçün motivasiya olacaq.

Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun. Amma təbii ki, sağlamlıq hər şeydən önəmlidir. Futbol azarkeşlər üçün oynanılır. Bunu qeyd etmək lazımdır. Yerli çempionatda bir oyun az keçirməklə 6-cı sıradayıq. Hədəfimiz son 7 mövsümdə olduğu kimi, çempionluqdur”.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Sivasspor”la yanaşı, İspaniyanın “Vilyarreal” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43