İdman

CÜDO: Mehman Sadıxovdan növbəti medal

Azərbaycan cüdo məktəbinin və "Qəbələ" İdman Klubunun ən perspektivli cüdoçularından sayılan Mehman Sadıxov növbəti beynəlxalq uğura imza atıb.

İdmanxeber.com-un məlumatına görə, Amerika Birləşmiş Ştatlarında keçirilən Gənclərin Dünya Birinciliyində 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız keçirdiyi 6 görüşün yalnız 1-ində məğlub olaraq turnirin bürünc medalına sahib olub. Sadıxov bürünc medal uğrunda görüşdə Yaponiya cüdoçusuna qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Xatırladaq ki, bu çəki dərəcəsində 44 cüdoçu medallar uğrunda mübarizə aparırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43