İdman

Cüdoçularımız AÇ-nin bürünc medalını qazandılar

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışları da Azərbaycan milli komandası üçün uğurlu olub. 

İdmanxeber.com-un məlumatına görə, cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib.

Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar. Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bizim məmurlarımızın çoxu üçün bayraqdansa, 30 sm yubka önəmlidi” – MÜSAHİBƏ

admin

“Şahin müəllim istefa verib, qovsaydılar o zaman mən də gedərdim” – Azər Məmmədov

admin

Rio-2016: Bu gün mübarizə aparacaq idmançılarımızın təqvimi

admin