Kateqoriyasız

“Çukariçki” “Qəbələ” ilə oyun öncəsi 4 futbolçu transfer etdi

Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Çukariçki” klubu heyətini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Serbiya təmsilçisi 4 futbolçunu rəsmən ictimaiyyətə təqdim edib.

Bunlar qapıçı Nikola Petriç, müdafiəçi Marko Randeloviç və yarımmüdafiəçilər Saşa Yovanoviç və Branislav Petriçdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43