Dünyadan

DƏHŞƏT: futbolçunu yedilər

Zimbabveni təmsil edən "Midlends Portland" klubunun futbolçusunun başına dəhşətli hadisə gəlib.

2008-ci ildən bu yana qələbə qazana bilməyən klub rəhbərliyi bir sehrbaza müraciət edib.

Cadugər oyunçuların ölkə çayının sahilinə gedərək begemotlar və timsahlar qaynaşan suda yuyunmasını vacib sayıb. Bu yolla futbolçuların pis niyyətli ruhdan qurtulacağını söyləyən sehrbazın söylədiklərinə əməl edən 16 oyunçu çaya girib. Sudan çıxanda isə oyunçulardan birinin geri qayıtmadığı məlum olub.

Onun yırtıcı heyvanlara yem olduğu şübhə doğurmur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43