Kateqoriyasız

DƏQİQLƏŞDİ: Bakı səfəri öncəsi bolqarlarda şok itki

Bolqarıstan milli komandası Bakıya itki ilə gəlir.

İdmanxeber.com-un məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq matç öncəsi Bolqarıstan millisinin kapitanı İvelin Popov məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində zədələnib. Əməliyyat olunacaq 26 yaşlı futbolçunun təxminən 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı sentyabrın 9-u Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43