Daha 2 güləşçimiz bu yay keçiriləcək Paris Olimpiyadasına vəsiqə qazanıb.
İdmanxeber.az məlumat verir ki, Georgi Meşvildişvili bolqarıstanlı Alen Xabulova 7:0 hesabıyla məğlub edərək Olimpiya lisenziyasını qazanıb.
86 kq çəki dərəcəsində mübarizə aparan Osman Nurmaqemadov isə ukraynalı Vasili Mixaylova qalib gələrək lisenziyanı əldə edib.
Beləliklə, bu gün tatamiyə çıxan 5 güləşçimiz də Olimpiya Oyunlarına lisenziya qazandı.