İdman

Hacı Əliyev lisenziyanı qazandı

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.

İdmanxeber.az məlumat verir ki, Hacı Əliyev (65 kq) və Turan Bayranov (74 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Belə ki, Hacı Əliyev həlledici görüşdə İslam Dudayevi (Albaniya) məğlub edib.

Turan Bayramov isə italiyalı Frank Çamizo Markezə qalib gəlib.

Bununla da millimiz bu gün üçüncü olimpiya lisenziyasını əldə edib. Bundan əvvəl Əliabbas Rzayev də bu uğura sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43