08 Sentyabr 2024
Kateqoriyasız

Daha bir qrup erməni Bakıya gəlir

Bu gün erməni idmançılarının daha bir qrupu “Bakı-2015” I Avropa Oyunlarında mübarizəyə qoşulmaq üçün Bakıya gəlir.

İdmanxeber.com-un “Anspress.com”a istinadən verdiyi məlumata görə, Bakıya yola düşən qrup cüdoçulardan ibarətdir.

Bu barədə Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan yazıb. Ermənistan yığmasının heyətinə Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq), Janna Stankeviç (52 kq) daxil edilib. Ermənistan yığmasının baş məşqçisi Tiqran Babayandır.

Qeyd edək ki, erməni cüdoçular Bakıda iyunun 25-i və 26-də mübarizəyə başlayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43