Dünya futbolu

Dani Alveş futbola qayıtmağa hazırlaşır

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş futbola qayıtmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı sabiq futbolçu məhkəmələrdən sonra imicinin aydınlaşacağına inanır. O, futbolçu karyerasını bərpa etmək variantını nəzərdən keçirmir. 

Martın 25-də Alveş 1 milyon avro girov müqabilində həbsdən buraxılıb. Bildirilib ki, 40 yaşlı braziliyalının pasportu əlindən alınacaq və hər həftə məhkəməyə məlumat verməsi tələb olunacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43