Ölkə futbolu

“Zirə” “Qarabağ”la danışıqlara başladı – “20” nömrə üçün

“Zirə” növbəti mövsümün planlamasına start verib.

İdmanxeber.az-ın məlumatına görə, “Qartallar” icarə əsasında komandada çıxış edən İsmayıl İbrahimlini daha bir mövsüm heyətdə saxlamaq istəyir. 

Rəhbərlik müqavilə ilə “Qarabağ”a məxsus olan futbolçu üçün bir müddətdir qarşı tərəflə danışıqlara start verib. Artıq tərəflərin razılaşmağa yaxın olduğu və “20” nömrənin daha bir mövsüm “Zirə”də qalacağı gözlənilir.

Xatırladaq ki, İbrahimli 2022-ci ildə “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb. O, ötən ilin yayından  “Zirə”də çıxış edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43