Dünya futbolu

Timo Verner gələcək karyerasından danışdı

“Tottenhem”in hücumçusu Timo Verner gələcək karyerası ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə ilə “Leypsiq”ə məxsus olan futbolçu London klubunda qalmaqdan xoşbəxt olacağını bildirib.

“Tottenhem”də oynamaqdan həzz alıram. Mən böyük futbolçularla bir yerdə çıxış etməkdən və belə gözəl stadionda oynamaqdan həzz alıram”.

Verner Premyer Liqada 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. “Tottenhem” 28 yaşlı alman futbolçunun hüquqlarını 17 milyon avroya ala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43