Dünya futbolu

“Mourinyo artıq məşqçilik edə bilmir”

“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano yanvarda “Roma”dan ayrılan Joze Mourinyo haqda fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, o, təcrübəli mütəxəssis barədə bunları deyib:

“Mourinyo baş məşqçi kimi fəaliyyətini tamamlayıb. O, artıq məşqçilik edə bilmir. Mourinyo 10 il əvvəl etdiyi şeyləri təkrarlayır”.

61 yaşlı Mourinyonun son klubu “Roma” olub. Portuqaliyalı 2024-cü ilin yanvarında komandadan ayrılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43