Ölkə futbolu

Dani Kintana İspaniyaya gedir

Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda zədələnən “Qarabağ”ın futbolçusu Dani Kintananın çarpaz bağlarının qırıldığı və futbolçu üçün mövsümün başa çatdığı barədə xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, 6 ay yaşıl meydanlardan uzaq qalacaq futbolçu yaxın günlərdə müalicəyə başlayacaq. Kintana bunun üçün Azərbaycanı tərk edəcək. 29 yaşlı futbolçu bu gün vətəni İspaniyaya  yollanacaq və orada əməliyyat olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43