İdman

DÇ-2018: finalın hakimləri açıqlandı

Rusiyada təşkil olunmuşdünya çempionatının son oyunlarına hakim təyinatları açıqlanıb.

İyulun 14-də Belçika və İngiltərə yığmaları arasında keçiriləcək 3-cü yer uğrunda oyun İrandan olan FIFA referisi Alireza Fəqaniyə tapşırılıb.

DÇ-2018-in həlledici oyununu – Fransa və Xorvatiya yığmalarının final qarşılaşmasını isə argentinalı Nestor Pitana idarə edəcək.

DÇ-2018
3-cü yer uğrunda oyun
14 iyul
18:00. Belçika – İngiltərə

Hakimlər: Alireza Fəqani, Reza Soxəndan, Məhəmməd Mansuri (hamısı İran), Malanq Dyedyu (Seneqal)

Final
15 iyul
19:00. Fransa – Xorvatiya

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Byörn Kuypers (Hollandiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43